
İsraildə etiraz aksiyası sürətlə genişlənir
İsrailin paytaxtı Təl-Əvivin Həbim meydanında keçirilən hökumət əleyhinə həftəlik nümayişdə bir neçə min insan iştirak edir, bu da əvvəlki həftəsonu ilə müqayisədə ciddi artımdır.
Bu barədə "Tayms of İsrail" məlumat yayıb.
Qeyd olunub ki, əvvəlki həftələrdə etirazçılar Həbim meydanının təxminən yarısını tutduqları halda, bu həftə bütün meydanı doldurduqları görünür. Səhnədə quraşdırılmış böyük ekranda isə bu yazı görünür: “Diktatura maniyasına son qoyaq”.
Qeyd edək ki, nümayişlərin genişlənməsi İsrailin Baş naziri Benyamin Netanyahunun Şin Bet kəşfiyyatının rəhbəri Ronen Bar və baş prokuror Qali Baharav-Miaranın işdən çıxarıldığını, habelə İsrailin Qəzzada həftələrlə davam edən atəşkəsə son qoyan hərbi əməliyyatları bərpa etdiyini elan etməsindən sonra baş verib./Axar.az
Bu xəbər üçün şərh yazın