
İsrailin bu planının qarşısı alındı - Türkiyənin müdaxiləsindən sonra
İsrailin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birlikdə yenidən gündəmə gətirdiyi Bəsra Körfəzi–Aralıq dənizi dəmir yolu layihəsi bölgədə ciddi siyasi gərginlik yaradıb.
Xarici mətbuatın məlumatına görə, Türkiyə və Fransa ABŞ-yə açıq şəkildə bildiriblər ki, marşrut İsraildən deyil, Suriya və Livandan keçməlidir.
Qeyd olunur ki, İsrailin Nəqliyyat naziri Miri Reqev ötən həftə səssiz şəkildə BƏƏ-yə səfər edib. Görüşlərin əsas mövzusu, Hindistan–Abu Dabi xəttindən Səudiyyə Ərəbistanı və İordaniyaya uzanan koridoru Hayfa limanına bağlayan “sülh yolu” layihəsinin yenidən canlandırılması olub. İsrail bu dəhlizdə üstünlük qazanmağa çalışsa da, qarşısında planı tamamilə dəyişdirə biləcək iki güclü oyunçu – Türkiyə və Fransa dayanır.
Bildirilir ki, nu mərhələdə Türkiyə və Fransanın aktiv şəkildə müdaxiləsi İsrailin mövqeyini zəiflədib.












Bu xəbər üçün şərh yazın