İstanbuldakı kilsədə terror törədənlər Rusiya və Tacikistan vətəndaşlarıdır - nazir açıqlama verdi

İstanbuldakı kilsədə terror törədənlər Rusiya və Tacikistan vətəndaşlarıdır - nazir açıqlama verdi - VİDEO

Faktinfo.az Hurriyyet.az-a istinadən  xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya jurnalistlərə açıqlamasında yanvarın 28-də, istanbuldakı katolik kilsəsində törədilmiş terror aktı ilə bağlı ümumilikdə 47 nəfər şübhəlinin həbs edildiyini, hücum edən iki şəxsin Rusiya və Tacikistan vətəndaşları olduğunu bəyan edib.

Nazir deyib: "Kilsəyə silahlı hücumla bağlı təhqiqat çərçivəsində 30 ünvanda əməliyyat aparılıb, İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 47 nəfər, o cümlədən teroru aktını törədənlər - bir bir nəfər Rusiya vətəndaşı ilə bir nəfər Tacikistan vətəndaşı saxlanılıb". O, ötən ilin iyunundan bəri İŞİD-ə qarşı 46 əməliyyatın keçirildiyini də söyləyib.

Bəlli olduğu kimi, yanvarın 28-də, yerli vaxtla saat 11.40-da, İstanbul şəhərinin Sarıyer rayonunda yerləşən Santa-Mariya (Müqəddəs Məryəm) katolik kilsəsində dini ayin zamanı məbədə gələnlərə hücum edilib. Atəş nəticəsində bir nəfər Türkiyə vətəndaşı - 1972-ci il təvəllüdlü Tuncer Cihan həlak olub.

"Röyter" agentliyinin verdiyi xəbərə görə, İŞİD terror təşkilatı İstanbuldakı kilsəyə hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər