İstanbuldakı zəlzələ ilə bağlı vacib xəbər: 15 km-lik fay xətti...

İstanbuldakı zəlzələ ilə bağlı vacib xəbər: 15 km-lik fay xətti... 

AFAD Zəlzələ Elm Şurası üzvləri tərəfindən ötən gün İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələnin ilk texniki analizi açıqlanıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, 6,2 bal gücündə zəlzələ yüksək sürətlənmə dəyərlərinə malik deyil:

“İlkin təhlillər göstərir ki, uzunluğu təxminən 15, eni isə 9,5 kilometr olan bir fay xətti parçalanıb. Fay üzərindəki sağ yanal yerdəyişmə təxminən 30 sm-dir”.

Eyni zamanda əlavə olunub ki, indiyədək 112 “Çağırış mərkəzi”nə edilən zənglərin sayı 10 mini keçib:

“Bunlardan 296-sı vətəndaşlarımız tərəfindən tikililərlə bağlı edilən zəngdir”./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər