"İstehsal etdiyim məhsullarla bağlı mənfi fikir səsləndiriləcəyini gözləyirdim" -İş adamı Fəxrəddin Fərhadov
Zamanla bəzi saytlarda yazılan məlumatlara indi istinad etməklə, instagram səhifələrinin birində "Kristal CF" MMC-nin istehsal etdiyi əmtəə nişanlı kolbasa və sosiskaların istehsalı üçün müəyyən şəraitin olmaması və məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsal sahəsində istehsal olunmasına dair məlumat verilib.
Yayılmış məlumatla bağlı Faktinfo.az-a "Kristal CF" MMC-nin rəhbəri,iş adamı Fəxrəddin Fərhadov münasibət bildirib.
"Başqa informasiya vasitələrində illər əvvəl yazılmış şər-böhtandan, qərəzli mövqedən indi "sitat" gətirmək mənfi emosional tərzin təzahürüdür, şəxsi istəkdən irəli gələn qərəzdir. Daha dəqiq desək, bu yaxınlarda edilən bir haqlı şikayətdən heyf çıxmaq üçün haqqımda və istehsal etdiyim məhsullar barədə cəmiyyətdə yanlış təsəvvür yaratmaqdır. Uzağa getməyin, bunun sübutu da, təsdiqi də odur ki, illər əvvəl yazılmış qeyri-obyektiv xəbərə indi istinad edilir. Bunlar anlamaq istəmir ki, istehsal müəssisələrində texnoloji üstünlüklərdən irəli gələn bütün avadanlıqlar var və istehsal şəraiti də yenilənir. Bu prosesə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ciddi nəzarət edir. Ona görə də istehsalçısı olduğumuz kolbasa və sosiskalar üçün müəyyən şəraitin olmaması və məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsal sahəsində istehsal olunmasına dair instagram səhifəsində yazılmış fikir şər-böhtandır.
Belə qeyri-səmimi yanaşma istehlakçıları çaşdırmaq istəyənlərin cızma-qarasından başqa bir şey deyildir, xalqımızı aldatmaq üçün edilən cəhdir. Belə şəxslərin savadına, ağlına irad tutaraq bildirmək istəyirəm ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehsal etdiyimiz məhsulların tərkibinə dair,eləcə də vaxtaşırı istehsal sexlərində yoxlamalar aparıb, amma hər hansı nöqsan aşkarlanmayıb. Qaldı, instagram səhifəsindəki şər-böhtan məlumatına, elə məhsulların adını çəkirlər ki, o məhsulları biz istehsal etmirik. O ki, qaldı deyim bilsinlər, neçə adda məhsul istehsal edilirsə, hər birinə ayrı-ayrılıqda halallıq sertifikatı verilir. Sertifikatları göndərərəm, baxarsınız.
Əks təqdirdə elə başa düşülər ki, istehsal sahələrindəki vəziyyətə, kolbasa və sosiska məhsullarının istehsalına aidiyyatı orqanlar nəzarət etmir, yalan danışırlar.
İş adamı Fəxrəddin Fərhadov haqqında və istehsal etdiyi məhsullarla bağlı nəsə yazılacağını gözlədiyini də bildirib.
"Açığı bu günlərdə belə xəbərlərin yayılacağını gözləyirdim. İnsanları, istehlakçıları çaşdırmaq, yalan xəbər yazılacağını və bunun da şəxsən mənə və yaxud itehsal etdiyim məhsullarla bağlı olacağını təxmin etmişdim.Yazılarsa,müəyyən video yayımlanarsa bundan sonra heç olmasa üzür belə istənilməzsə, məhkəməyə müraciət edib,təzminat tələbində olacağımı da qət etmişdim.Yəni səbr və diqqətlə nə yazacaqlarını,nə səsləndirəcəklərini,oğlumun polis idarəsinə etdiyi şikayətdən dolayı mənə ediləcək təsir vasitəsi kimi təxminən gözləyirdim, -deyə iş adamı bildirib.
Faktinfo.az-ın elektron poçtuna iş adamı istehsalçısı olduğu məhsulların ayrı-ayrılıqda halallıq sertifikatını da göndərib.Halallıq sertifikatları ilə aşağıda foto-qalereyadan tanış ola bilərsiniz.
Bu xəbər üçün şərh yazın