İstintaq hazırkı AMEA Prezidentinin fəlaliyyətini də araşdırır

İstintaq hazırkı AMEA Prezidentinin fəlaliyyətini də araşdırır 

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlı araşdırma aparır.

Haqqin.az saytının məlumatına görə, araşdırma təkcə Ramiz Mehdiyevin deyil, həm də hazırkı AMEA Prezidenti İsa Həbibbəylinin və daha əvvəl quruma rəhbərlik etmiş Akif Əlizadənin fəaliyyətini əhatə edir. İstintaq AMEA-da mənimsəmə və ya vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının olub-olmadığını müəyyən edir.

Əvvəllər AMEA-da baş vermiş qanun pozuntuları ilə bağlı cinayət işləri müxtəlif illərdə açılıb və Baş İdarə tərəfindən araşdırılıb.


Xatırladaq ki, Baş prokuror Kamran Əliyev oktyabrın 1-də mediaya açıqlamasında AMEA-da baş vermiş qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparıldığını bildirib. O bildirib ki, cinayət işləri bir neçə istiqamətdə araşdırılır: "Məndə olan məlumata görə, bəzi işlər üzrə ibtidai istintaq artıq başa çatıb və işlər baxılması üçün məhkəməyə göndərilib". Hazırda adı çəkilən qurumda baş vermiş qanun pozuntuları ilə bağlı başqa bir cinayət işi üzrə ibtidai istintaq davam edir.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi