İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb 

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına narkotik və  psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Həbs olunmuş şəxsə qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd bükülüdə 2,810 qram qurudulmuş marixuana və  1,233 qram metamfetamin  aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Faktinfo.az

İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi