
İsveçdə məscidə “Molotov kokteyli” atıldı
İsveçdə naməlum şəxs Uddevalla bələdiyyəsindəki məscidə "Molotov kokteyli" atıb.
Bu barədə SVT telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Polisin məlumatına görə, məsciddə olan iki nəfər yanğını operativ şəkildə söndürüb. Hadisə gecə saatlarında baş versə də, şübhəlilər hələ müəyyən edilməyib.
"Orada olanların çevik reaksiyası sayəsində yanğının yayılmasının qarşısı alınıb. Biz bütün halları araşdırırıq", - hüquq-mühafizə orqanlarından bildirilib./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın