İt dişlədi,məktəblini xəstəxanalarda sağalda bilmədilər...

İt dişlədi,məktəblini xəstəxanalarda sağalda bilmədilər... 

Tovuz sakini Bakıda xəstəxana ölüb.

APA.az-ın yerli bürosunun verdiyi məlumata görə rayon sakini olan 10 yaşlı oğlanı təxminən 1 ay əvvəl it dişləyib.

Bir müddət keçəndən sonra məktəblinin halı pisləşib. Məktəbli əvvəlcə Tovuz Rayon Mərkəzi Xəstəxanasına,daha sonra isə Bakıda yerləşən xəstəxanaların birinə aparılıb.

Ona xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq məktəbli bu gün müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, dünyasını dəyişən oğlanın 5-ci sinif şagirdi olduğu bildirilir.

Ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi