İtkin düşən 10 yaşlı uşağın meyiti tapılıb: “Yaşamaq istəmirəm...”

İtkin düşən 10 yaşlı uşağın meyiti tapılıb: “Yaşamaq istəmirəm...” 

Saatlı rayonunda itkin düşən 10 yaşlı uşağın meyiti tapılıb.

Bu barədə  rayonun Qaralar kənd icra nümayəndəsi Eyvaz Əsədov bildirib. Onun sözlərinə görə, Etibar Fərəcovun meyiti dünən günorta saatlarında yaxınlıqdakı su kanalından tapılıb:

“Sən demə, Etibar intihar edib. O, həmişə evdə deyirmiş ki, “mən yaşamaq istəmirəm, özümü öldürəcəm, suya atacam, asacam, hətta maşının da altına ata bilərəm”. Həmin gün də evlərinin divarına yazıb ki, “mən kanaldayam, məni orada axtarın.” Həmin kanal onların evlərinin 500 metr məsafəsində yerləşir. Onun bu mesajının izi ilə həmin kanalı axtardıq. Qəfildən meyit suyun üzünə çıxdı.”

Eyvaz Əsədov qeyd edib ki, Etibar Fərəcov artıq dəfn də olunub.Dərslərindən yaxşı qiymətlər alırmış. Sadəcə bu uşaqda intihara meyillik varmış. Çox kasıb bir ailəsi var, atası onun-bunun qapısıda işləyib çörək qazanır. Belə zülmlə böyüyən uşaq ata qarşısında tələb qoya bilməz.”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi