JURNALİSTLƏRİN BİNASI ŞƏHİD AİLƏLƏRİNƏ VERİLDİ -

JURNALİSTLƏRİN BİNASI ŞƏHİD AİLƏLƏRİNƏ VERİLDİ - Rəsmi təsdiq

Prezidentin müvafiq sərəncamı ilə jurnalistlər üçün tikilmiş üçüncü yaşayış binası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.

Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.

"Medianın çoxsaylı sorğularına cavab olaraq bildiririk ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub", - F.Talıbov sosial şəbəkədə yazıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi