Kamala Harris prezidentliyə namizədliyini rəsmən elan etdi -

Kamala Harris prezidentliyə namizədliyini rəsmən elan etdi - VİDEO

Ağ Evin vitse-prezidenti Kamala Harris prezidentliyə namizədliyini rəsmən elan edib.

O, bu barədə sosial şəbəkə hesabından təbliğat videosu yayımlayıb.

Bu barədə izləyicilərinə ilk dəfə müraciət edən K.Harris həmin videoda bunları deyib:"Bu seçkidə hər birimiz bir sualla üz-üzəyik: Biz necə bir ölkədə yaşamaq istəyirik? Bəzi insanlar var, (kadrlarda Tramp göstərilir) onlar düşünür ki, biz xaos, qorxu və nifrətin ölkəsi olmalıyıq. Lakin bizim seçimimiz fərqlidir. Biz azadlığı seçirik. Azadlıq isə irəli getməkdir. Azadlıq silah zorakılığından azad olub təhlükəsiz yaşamaqdır. Azadlıq öz bədənin haqda müstəqil qərar verə bilməkdir. Biz uşaqların yoxsulluq içində yaşamadığı, sağlamlıq xidmətləri ilə təmin oluna biləcəyimiz bir gələcək seçirik. Elə bir gələcək seçirik ki, orada heç kim qanundan üstün deyil. Biz Amerikanın vədinə inanırıq və bunun üçün savaşmağa hazırıq. Əgər savaşsaq, qalib gələcəyik. Bizə qoşulun"./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər