Kamala Harris son seçki sorğusunda Trampı qabaqlayıb
ABŞ Prezidenti Co Baydenin geri çəkilməsinin ardından prezident seçkiləri kampaniyasına başlayan Kamala Harris son seçki sorğusunda respublikaçı rəqibi Donald Trampı qabaqlayıb.
“Reuters”-in sorğusuna əsasən, Kamala Harrisin prezidentliyə namizədliyini dəstəkləyənlərin faiz nisbəti 44, Trampın isə 42 olub.
Qeydiyyatdan keçmiş seçicilərin 56 faizi 59 yaşlı Harrisin “zehni cəhətdən kəskin və çətinliklərin öhdəsindən gəlməyi bacaran” biri olduğuna inandıqlarını bildiriblər.78 yaşlı Donald Trampda isə bu göstərici 49 faiz olub.
Qeyd edək ki, Bayden geri çəkilməzdən əvvəl keçirilən əvvəlki sorğularda Harris və Tramp 44 faiz səslə bərabər göstəricilərə sahib idilər./Azpolitika.info
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın