Kamran Əliyevə yüksək vəzifə verildi
DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyevə yeni vəzifə verilib.
Faktinfo.az Axar.az-a istinadən xəbər verir ki, o, BDYPİ-nin rəis müavini vəzifəsinə təyin olunub.
K.Əliyev eyni zamanda BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəisi vəzifəsini də icra edəcək.
Qeyd edək ki, Qeydiyyat İmtahan İdarəsinin əvvəlki rəisi, polkovnik İlham Rəcəbov idi. O, bu ilin iyul ayında koronavirusdan vəfat edib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın