Kartofu hansı ölkələrdən neçəyə alırıq? – 3 dəfə baha satılır –

Kartofu hansı ölkələrdən neçəyə alırıq? – 3 dəfə baha satılır – Tam siyahı

Bu ilin ilk 2 ayı ərzində Azərbaycan xarici ölkələrdən 34 min 373,44 ton kartof idxal edib.

Yeniavaz.com  açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kartofun ümumi gömrük dəyəri 9 milyon 706,62 min dollar olub.

Açıqlanan rəqəmlərə istinadən apardığımz hesablama göstərir ki, idxal olunan 1 kiloqram kartofun gömrük dəyəri 48 qəpiyə (28 sent) bərabər olub.

Bu ilin ilk 2 ayında Azərbaycan aşağıdakı ölkələrdən kartof idxal edib:

ÖlkələrMiqdarıGömrük dəyəri1 kq-ın dəyəri
Belarus12 262,24 ton3 831,53 $53 qəpik
Rusiya8 404,19 ton2 124,83 $43 qəpik
İran6 562,6 ton1 706,28 $44 qəpik
Pakistan3 635,091 131,13 $53 qəpik
Türkiyə2 583,46675,19 $44 qəpik
Gürcüstan758,12189,53 $43 qəpik
Ukrayna167,7548,13 $49 qəpik
CƏMİ34 373,449 706,62 $48 qəpik

Məlumat üçün qeyd edək ki, bu ilin ilk 2 ayında Azərbaycandan Rusiyaya 385,31 ton kartof ixrac olunub. Rusiyaya satılan kartofun 1 kiloqramının gömrük dəyəri 82 qəpik olub.

Onu da bildirək ki, Azərbaycanda kartof istehsalı yerli tələbatı ödəmir. Azərbaycan Prezidenti tərəfindən təsdiqlənən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda da qeyd olunurdu ki, yerli tələbatı ödəmək üçün 2015-ci ildə 1,12 milyon ton kartof istehsal olunmalıdır. Lakin, 2015-ci ildə ölkədə cəmi 840 min ton kartof istehsal edilib. 


2022-ci ildə 1,07 milyon ton kartof istehsal edilib ki, bu da 2015-ci ildəki hədəfdən belə aşağı olub.

Qeyd edək ki, hazırda daxili bazarda satılan kartofun pərakəndə satış qiyməti 1,4-1,5 manat arasında dəyişir və bu qiymət ölkəyə idxal olunan kartofun gömrük dəyərindən təxminən 3 dəfə bahadır.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər