KEÇİRDİYİ GÖRÜŞLƏR PROFESSORU DAİRƏNİN FAVORİTİNƏ ÇEVİRDİ - Fotolar+ VİDEOLAR
22 saylı Nəsimi ikinci seçki dairəsində Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, professor Vüqar Qurban oğlu Məmmədov seçicilərlə aktiv olaraq görüşlərini davam etdirir.
ATƏT-in müşahidəsi ilə 25 yanvarda Qızlar Universitetinin zalında keçirdiyi izdihamlı toplantıdan sonra onun növbəti MSK-nın ayırdığı məkandakı görüşü yanvarın 26-da Bakı Tikiş Fabrikinin həyətində olub.
Açıq hava şəraitində saat yarım davam edən toplantıda 200-ə qədər insan iştirak etdi. Azərbaycan Respublikasının Himni səsləndirildikdən sonra namizədin vəkilləri Aidə Bəndəliyeva, Xalid Niyazov və namizəd özü çıxış edib.
Səmimi şəraitdə keçən görüşdə professor Vüqar Məmmədov öz seçki platforması və görəcəyi işlər barədə məlumat verib.
Namizədin platformasını dinlədikdən sonra çıxış edən seçicilər Zemfira xanım, Maarif həkim, Nizami həkim, Sənan həkim, Həsən müəllim və digərləri Vüqar Məmmədovun dairədə seçicilərin böyük rəğbətini qaznıldığını, seçicilərlə aktiv görüşlər keçirdiyini qeyd etdilər. Onlar professor Vüqar Məmmədovun dairənin birmənalı lideri olduğunu bildirdilər və ona uğurlar arzu etdilər. Toplantı çox yüksək ruh yüksəliyilə keçirildi.
Bundan başqa, Mərdanov Qardaşları küçəsində, Niaqara restoranının arxasında, Feyzulla Qasımzadə küçəsində, Novruzov qardaşları küçəsində, "Avrasiya" hospitalının yanında, Sənani küçəsində, Yusif Çəmənzəmənli küçəsində, Azadlıq prospekti 90-da, "Kubinka" deyilən ərazinin "Təzə bazar"ın yaxınlığında, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsində olan "stalinka" binalarının həyətlərində və digər ünvanlarda örüşlər yüksək səviyyədə baş tutub.
Görüşlərdə çıxış edən seçicilər professor Vüqar Məmmədovun seçki platformasını bəyəndiklərini, dairənin deputatı kimi onu görmək istədiklərini bildiriblər.
Professor Vüqar Məmmədov dairə ərazisində görüşlərini davam etdirir.
Bu xəbər üçün şərh yazın