Keçmiş direktor:"Yalan məlumatdı,prokurorluq Şirvan Təcrübə Stansiyasını yoxlamır"
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Ucar rayonunun Qarabörk kəndində yerləşən Şirvan Təcrübə Stansiyasının keçmiş direktoru Qəhrəman Qəhrəmanov barəsində saytlarda yer almış tənqidi fikirlərə münasibət bildirib.
Faktinfo.az-a danışan keçmiş direktor qeyd edib ki,prokurorluq orqanının Ucar rayonunun Qarabörk kəndində yerləşən Şirvan Təcrübə Stansiyasını yoxlaması barədə yayılmış məlumatların əsası yoxdur,elə bir şey olmayıb.Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Şirvan Təcrübə Stansiyası qrafikə uyğun olaraq Maliyyə Nazirliyi,Hesablama Palatası tərəfindən yoxlanılıb,hər hansı bir çatışmazlıq da aşkarlanmayıb.
Qəhrəman Qəhrəmanov işdən çıxmasına,haqqında səsləndirilən mənimsəmə iddialarına da aydınlıq gətirib:
"İşlədiyim müddətdə hər hansı dövlət vəsaitinin mənimsənilməsinə dair fakt aşkarlanmayıb.Yazıblar ki,3 gün əvvəl işdən çıxmışam.Yəni 12.04.2023-cü ildə.Bu da düzgün məlumat deyil.Mən öz ərizəmə əsasən 09.01.2023-cü ildə işdən çıxmışam.Bu da edir üç ay səkkiz gün.Qaldı,direktor işlədiyim Şirvan Təcrübə Stansiyasına ora 1 dəfə deyil,4 dəfə yoxlanlıb.Yoxlama aktı ilə tanış deyillərsə haradan bilirlər ki,100 ton arpanı, 36 ton buğdanı sataraq pulunu mənimsəmişəm,55 ton məhsulu ötən il mənimsəmişəm.Kökündən yanlış məlumat yazıblar.Baş qoşmuram yazılanlara,amma dəqiq yazsınlar ki,hamı gələcəkdə onların yazdığına inansın.
Göstərdikləri rəqəmlərdə də yanlışlıq var.Bu "faktları" onlara kim deyib,adını soyadına qədər bilirəm.Qərəzli yanaşmadı.Bəlkə rəqəmlər 100 yox,95 tonu əhatə edir? Bəlkə buğda 36 ton deyil,36,5 tondur.Dövlətin 500 kiloqram buğdasını niyə qeyd etmirlər ki? Deyə bilərəm ki,heç nə mənimsəməmişəm.Yoxlama olmasına gəlincə deyim,bilsinlər,yazanda düz yazsınlar.
Adını deməyəcəm,mən ərizəmə əsasən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Şirvan Təcrübə Stansiyasının direktoru vəzifəsindən getdikdən sonra hüquq mühafizə orqanına məndən şikayət olunmuşdu.Edilən şikayət Kənd Təsərrüfatı Nazirliyinin Daxili Nəzarət Şöbəsinə göndərilmişdi.Onlar da yoxladılar,edilən şikayət təsdiqini tapmadı.Çünkü,hər hansı mənimsəmə faktı ola bilməzdi.Biraz əvvəl dediyim kimi stansiya müxtəlif vaxtlarda dörd dəfə yoxlanılmışdı.Mənim dövrümə təsadüf edən hər nə vardısa,təhvil verib idarədən çıxmışdım".
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov isə haqqında yazılanlara bir dəfə münasibət bildirdiyini gərəksiz,yanlış məlumatlara ümumiyyətlə vaxt ayırmaq istəmədiyini bildirdi.
Qeyd edək ki,ötən gün saytlarda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Şirvan Təcrübə Stansiyasının prokurorluq tərəfindən yoxlanıldığına,orada 36 ton buğdanın,100 ton arpanın keçmiş direktor Qəhrəman Qəhrəmanov tərəfindən mənimsənildiyinə,buna isə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərovun əhəmiyyət vermədiyinə dair məlumat yayılmışdı.
FAKTİNFO.AZ
Bu xəbər üçün şərh yazın