Kəmaləddin Heydərovun müavini milyonları necə oğurlayır? – General Bakıda dönərxana işlədir…
Fövqalada Hallar Naziri Kəmaləddin Heydərovun birinci müavini general-leytenant Rəfail Mirzəyev öz oğlu ilə Azərbaycan Respublikasının qanunlarına tüpürərək, dövlət büdcəsini dədə malı kimi talayır.
Today.az xəbər verir ki, bu barədə araşdırma aparan bloger Mehman Hüseynov FHN-də baş verən tender korrupsiyasını çılpaqlığı ilə ifşa edib.
Araşdırmada məlum olub ki, nazir müavini dövlətin pullarını oğurlayaraq öz oğlunun cibinə qoyur. Həmin generalın oğlu Rəşad Mirzəyev isə oğurlanmış pulların hesabına özünə şirkətlər qurub. Bakıda yayılmış “ƏJDAHA DÖNƏR” restoranları xalqdan oğurlanmış pullar hesabına fəaliyyət görsədir. “ATL TECH” şirkəti isə qanunsuz pulları yumaqla məşğuldur…
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın