Kənd Təsərrüfatı Nazirliyinə ayrılan dövlət vəsaitinin şəffaf xərclənməsinə şübhələr artıb

Kənd Təsərrüfatı Nazirliyinə ayrılan dövlət vəsaitinin şəffaf xərclənməsinə şübhələr artıb 

Son bir neçə ildə Kənd Təsərrüfatı Nazirliyinə əvvəlki illərlə müqayisədə ayrılan dövlət vəsaitinin həçmi 30 faizdən artıq çox olub.

Hökumət və rəsmi dairələrin ayrılan dövlət vəsaitlərinin özünü doğruldacağına,məhsul bolluğuna səbəb olacağına,bununla da idxaldan aslılığın aşağı düşəcəyinə ümüd bəsləsələr də ümüdlər boşa çıxıb.

Faktinfo.az verilən məlumata görə,artıq hökumətin maliyyə sektoruna cavabdeh şəxslərində bu qənaət yaranıb ki,neft və qaz sektorundan ölkəyə gələn vəsaitin bəlli hissəsini ərzaq təminatına olan təlabat "əridir". Burada KTN-nin payına bəlli məbləğ düşür. Məsələn,qeyd edilir ki,son üç ildə ət istehsalında ciddi geriləmələr mövcuddu.Azərbaycana idxal olunan ət son 3 ildə ümumilikdə 38 faiz artıb.Elə bunu Dövlət Gömrük komitəsinin yaydıgı məlumatlar da təsdiqləyir.Eləcə də, kartof,soğan,kələm,çuğundur,sarımsaq,buğda vəs. kənd təsərrüfatı məhsullarının idxalında da artım müşahidə olunur.Bu əvvəlki illərlə müqayisədə orta hesabla 26 faiz yüksəlib. 

Vəziyyətin bu şəkil alması isə müəyyən qərarların qəbul edilib,ertələnməsini tələb edir. KTN-nin strukturuna daxil olan -Aqrar Xidmətlər Agentliyi,Aqrar Kredit və İnkişaf Agentliyi,Dövlət Aqrar İnkişaf Mərkəzləri və Strukturuna daxil olmayan,amma tabeliyində olan "Aqroservis" Açıq Səhmdar Cəmiyyəti,Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxs,"Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti və DAİM mərkəzlərinə ayrılan  dövlət vəsaitlərinin təftişini mümkünləşdirir.

Faktinfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi