Kənd təsərüfatı məhsullarının istehsalı azalıb - Statistik məlumatlar + CƏDVƏL
Azərbaycanda bu ilin 10 ayı ərzində bir sıra kənd təsərrüfatı məhsullarının istehsalı azalıb. O cümlədən, kartof, üzüm, yaşıl çay, yun, baramada azalma daha çoxdur.
Aqrar Tədqiqatlar Mərkəzinin "Kənd Təsərrüfatı" Bülletenində dərc olunmuş statistik məlumatlara istinadla bildiririk ki, ilin on ayında 914,5 min ton kartof istehsal edilib. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 75 min ton azdır. Ötən il bu rəqəm 989,3 min ton olub.
Qeyd olunan dövr ərzində 200,6 min ton üzüm yığılıb. Bu ötən illə müqayisədə 17,5 min ton azdır.
Yaşıl çay yarpağının yığımı da az olub. Bu ilin 10 ayında plantasiyalardan 1,041 ton çay yığılıb. Ötən il isə bu rəqəm 1,102,4 ton olub. Çay yığımı 100 ton azalıb.
Yun istehsalı 14,8 min ton, barama 239,4 ton olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 ton və 126 ton azdır.
Kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri 11407,1 milyon manat olub. Bunun 48,6 faizi (5540,2 milyon manat) heyvandarlıq sahəsinin, 51,4 faizi (5866,9 milyon manat) bitkiçilik sahəsinin payına düşüb.
2024-cü ilin yanvar-oktyabr aylarında yun, barama, kartof, üzüm və yaşıl çay yarpağı istisna olmaqla digər kənd təsərrüfatı məhsullarının istehsalında artım var./AzPolitika.info
Bu xəbər üçün şərh yazın