Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı
Ermənistan və Azərbaycan ilk dəfə olaraq məsələni danışıqlar masası arxasında həll etdi.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi üzrə razılaşmaları şərh edərkən deyib:
“Mən baş verənləri çox şişirtməyimizi istəməzdim, eyni zamanda, qiymətləndirməməyimizi də. Qeyd etmək çox vacibdir ki, Ermənistan və Azərbaycan ilk dəfə olaraq məsələni danışıqlar masası arxasında həll edib”.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal altında saxlanılan 7 kəndindən anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
Bu xəbər üçün şərh yazın