Kəşfiyyat Ağ Evə yeni hesabat təqdim edib - Koronavirus necə yaradılıb?

Kəşfiyyat Ağ Evə yeni hesabat təqdim edib - Koronavirus necə yaradılıb? 

ABŞ-ın kəşfiyyat agentlikləri Covid-19-un mənşəyi üzrə qəti bir qənaətə gələ bilməyiblər. Səbəb isə Çinin detallı informasiya verməməsidir.

Bunu “Wall Street Journal” qəzetinə ABŞ-ın iki aparıcı rəsmisi deyibKəşfiyyat agentlikləri avqustun 24-də Ağ Evə yeni dəyərləndirmə təqdim ediblər.

Prezident Co Bayden 90 gün öncə kəşfiyyat agentliklərinə belə bir tədqiqat aparmaq göstərişi vermişdi. Qəzet yazır ki, yeni dəyərləndirmə Pekindən qlobal pandemiyanın necə başlanmasına dair daha çox informasiya almağın necə çətin olduğunu göstərir.

Qəzet vəzifədə olan və keçmiş rəsmilərə istinadla qeyd edir ki, Çini laboratoriya sənədlərini, genom nümunələrini, virusun mənşəyinə aydınlıq gətirəcək digər datanı paylaşmağa vadar etmək çox vacibdir.

Dərin sıçrayış idi, amma vəziyyət imkan verdiyi qədər dərinə gedə bilirsən. Çin müəyyən dataya çıxış verməsə, həqiqəti heç vaxt bilməyəcəyik”, – bir rəsmi deyib.

Çin həm keçmiş prezident Donald Tramp, həm də Bayden administrasiyasının informasiya almaq cəhdlərinə dirəniş göstərib.

Virusun 2019-cu ilin dekabrında Çinin mərkəzindəki Vuhan şəhərində diri heyvan bazarında peyda olduğu güman edilir, yəni, pandemiyanın əsas mənbəyi kimi bu versiya göstərilir. Amma Tramp administrasiyasının özəl araşdırması həmin ilin payızında Vuhandakı virusologiya institutunun əməkdaşlarının COVID-19-a bənzər simptomlarla xəstəxanaya yerləşdirildiyini öyrənib.

Dünya Səhiyyə Təşkilatı (DST) ekspertlərinin bu ilin əvvəlində açıqladığı hesabatda virusun Vuhanda heyvandan insana keçməsi əsas versiya kimi göstərilirdi. Ekspertlər laboratoriyadan sızma versiyasının az inandırıcı olduğunu qeyd edirdilər. Ancaq sonradan yayılmış informasiyalarda Çinin DST ekspertlərinə təzyiq göstərdiyi, laboratoriyadan sızma versiyasının hesabata salınmasına qarşı çıxdıqları deyilirdi.

Bir qrup nüfuzlu alim isə açıq məktubda israr edirdi ki, virusun təbiətdən çıxması, yoxsa laboratoriyada hazırlanaraq ehtiyatsızlıqdan sızması məsələsi açıq qalır./azadliq.org

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi