“”Keşikçidağ”da təxribat planlaşdırılıb…” –Sərhəd Xidməti qarşı tərəfə xəbərdarlıq etdi
İyun ayının 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup şəxs tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə olunub.
Faktinfo.az xəbər verir ki,Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Strateq.az-a verilən verilən məlumata görə, əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.
Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq: “Bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın