Kim Trampın silahsızlanma çağırışlarını rədd etdi

Kim Trampın silahsızlanma çağırışlarını rədd etdi 

ABŞ Prezidenti Donald Trampın İran siyasəti fonunda Şimali Koreya lideri Kim Çen In Vaşinqtona dolayı mesaj verib.

Kim Çen In nüvə silahlarının ölkəsinin təhlükəsizliyi üçün önəmli olduğunu bildirib və ABŞ-nin silahsızlanma çağırışlarını rədd edib.

Şimali Koreya lideri vurğulayıb ki, ölkəsi nüvə gücü statusundan geri addım atmayacaq və istənilən münaqişə ssenarisinə hazırdır.

Kim Çen In ölkəsinin nüvə silahına malik dövlət statusunu qalıcı edəcəyini bildirib. Bununla yanaşı, 2026-cı il büdcəsində müdafiə xərcləri ümumi büdcənin 15,8 faizinə qədər artırılıb./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi