KİV-in və ictimaiyyətin diqqətinə!-

KİV-in və ictimaiyyətin diqqətinə!- Qərbi Kaspi Universitetinin işgüzar nüfuzuna...

Qərbi Kaspi Universitetinin bir neçə keçmiş müəlliminin heç bir əsası olmayan, Məhkəmədə təsdiqini tapmayan, ucdantutma cəfəngiyyatlarla dolu ittihamlarını təəssüf ki, bəzi sadəcə bir noutbukdan ibarət saytlar qarşı tərəfin mövqeyini öyrənmədən tirajlamaqda davam edirlər.

Jurnalistikanın hüquqi və etik kodekslərinin ciddi şəkildə pozulduğu bu materialların dərcinin - fəaliyyət göstərdiyi 27 il ərzində şəffaflığı və keyfiyyətli təhsili ilə yüksək nüfuz qazanmış Qərb Universitetinin (Qərbi Kaspi Universitetinin) işgüzar nüfuzuna xələl gətirdiyini nəzərə alaraq bu ittihamları KİV-də yayan müəllimlərin və onları yoxlamadan, birtərəfli şəkildə dərc edən saytların məhkəmə qarşısında cavab verəcəyini xatırladırıq. Hazırda bununla bağlı son sənədləşdirmə işləri aparılmaqdadır.

Bu cür şəxslər Universitetimizə və onun rəhbərliyinə qarşı mətbuatda əsassız və qərəzli ittihamlarla çıxış edərək bizdən ayrı-ayrılıqda 15 000 manat (məzuniyyət pulu və dosent pulu adı ilə) pul tələb edir və həmin pulu verməyəcəyimiz təqdirdə bizim barəmizdə şər və böhtan kampaniyası aparacaqları ilə şantaj edirlər.

Birincisi, həmin müəllimlər Qərbi Kaspi Universitetində saathesabı işləyiblər və onlarla müqavilə bu hala müvafiq olaraq 10 aylıq bağlanıb. Onların iddia etdiyi kimi 12 aylıq yox. Özləri də bu müqaviləri doldurub, imzalayıblar. Məhkəmə prosesində həmin müqavilələr bir daha təqdim olunub.

İkincisi, iddia olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) şikayətçi müəllimlərin əmək haqqı və məzuniyyət pullarına görə universiteti cərimələyib. Əslində isə həqiqət budur ki, hansısa rüşvətxor məmura şikayətçilər “görüm-baxım” yolu ilə qanunvericiliklə daban-dabana zidd olan addım atmağa həvəsləndiriblər. Belə halda universitet şikayət hüququndan imtina etməli, heç bir əsası olmayan cəriməni qəbul etməli idi?! Etmədi! Universitet şikayət etdi və haqqın bərpa olunmasına nail oldu! İki nazir arasında danışıqdan sonra məsələnin həllini tapdığını nəyə əsasən iddia edirlər?! Aydındır ki, hökümət üzvləri arasında əlaqələr daxili rabitə vasitələri ilə həyata keçirilir. Belə çıxır ki, bu şikayətçilər və onların qərəzli ifadələrini yayan dırnaqarası informasiya vasitələri hökümət üzvlərinin danışıqlarını dinləyiblər?! “Müəllimlər” və “jurnalistlər” iki nazir arasında danışığı hansı dinləmə cihazı ilə “aşkara çıxarıblar”, maraqlıdır. Bu qədər həyasızlıq olarmı?!

Qeyd edək ki, ƏƏSMN təqdim edilmiş sənədlər əsasında araşdırma aparıldıqdan sonra hələ məhkəmə prosesindən xeyli əvvəl həmin rüşvət yolu ilə əldə edilmiş qərar ləğv edilib. Qərarın sürəti tərəflərə göndərilib, sonuncu məhkəmə prosesində də bir daha təqdim edilib.

Üçüncüsü, müəllimlərin daha bir iddiası dosentliyə görə əlavə ödənişlə bağlıdır. Nazirlər Kabinetinin 2010-cu il qərarına əsasən yalnız dövlət və Bələdiyyə büdcəsindən maliyyələşən ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olan dosent və professor elmi adına malik olan şəxslərə görə əlavə ödəniş nəzərdə tutulur. Özəl ali təhsil müəssisələrinin qarşısında belə bir öhdəlik yoxdur.

Sual oluna bilər ki, nəyə görə? Ona görə ki özəl təhsil müəssisələrində, eləcə də Qərbi Kaspi Universitetində maaşların hətta baza hissə də dövlət müəssisələrində professor və dosentlərə ödənilən əmək haqqından daha yüksəkdir. Bu müəllimlərin dövlət müəssisələrində 300 AZN, dosent adına görə isə əlavə olaraq cəmi 50-60 AZN haqq aldığı halda özəl universitetlərdə, eləcə də Qərbi Kaspi Universitetində saathesabı işləyən müəllimlər belə eyni işə görə 800-900 AZN əmək haqqı alırsa (indiki halda bizə göstərdikləri daha keyfiyyətsiz xidmətə görə) yenidən əlavə olaraq dosentlik üçün nəsə istəməsi həyasızlıq deyilmi?! Və bu cür iddianı ciddi qəbul edərək universitetə - mənəviyyatı özlərininkindən yüz qat artıq olan şəxslərə basqı etmək üçün öz saytlarında bu cür materialları dərc etməsi abırsızlıq deyilmi?

Dördüncüsü, Deyirlər, biz əvəzçi müəllim olmuşuq. Əvəzçi müəllim hansısa səbəblərdən işə gəlməyən şəxsi əvəz edən müəllimdir. Şikayətçilərdən biri uzun illərdir universitetdə saathesabı dərs deyir. Bu qədər dövr ərzində kimi əvəz etmək mümkündür, kimi əvəz etmisiniz?!

***

Qərbi Kaspi Universiteti son dövlər tədrisin keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir, peşəkar müəllimləri cəlb edir. Öz əsas iş yerində 300 manat, Qərbi Kaspi Universitetində 800-900 manat əmək haqqı aldığı halda istənilən keyfiyyəti təmin etməyən müəllimlərlə əməkdaşlıq dayandırılır, əvəzinə öz sahəsinin mütəxəssisi olan, əsasən xaricdə təhsil alan kadrlar, müəllimlər dəvət edilir.

Nəhayət, “müəllimlərin” daha bir böhtanı – guya universitetin müəllimlər qarşısında qoyduğu “tələbələri kəsin, universitetə xeyir verin” iddiası da cəfəngiyyatdır. Çünki Qərbi Kaspi Universiteti artıq neçə ildir ki, kredit sisteminin mürəkkəbliyini nəzərə alaraq hər hansı bir fənn üzrə imtahandan müvəffəq nəticə göstərməmiş tələbələr üçün tamamilə ödənişsiz əsaslarla intensiv kurslar və konsultasiya saatları təşkil edir və ən əsası iki dəfə təkrar imtahan vermək şansı yaradır. Hazırda imtahanlardan keçmə göstəricisinə görə ölkə üzrə ən yaxşı nəticə Qərbi Kaspi Universitetindədir.

...Şər-böhtan kampaniyasına başlamış müəllimlər iki suala cavab axtarsalar, yaxşı olar. Çünki işgüzar nüfuza vurulmuş ziyana görə onlara qarşı başlayacaq növbəti məhkəmə işində onlara bu suallar verilə bilər: Birincisi, iddia etdiyiniz kimi əgər uzun illər əvəzçi müəllim kimi işləmisinizsə, onda niyə əvvəlki illərdə məzuniyyət ödənişlərini tələb etməmisiniz? İkincisi, iddia edirsiniz ki, universitet sizinlə bağlanmış müqavilələrin əslini təqdim edə bilməyib. Bəs onda siz niyə əvəzçi müəllim kimi sizinlə bağlanmış müqavilələri təqdim edib, məhkəməni udmurdunuz? Axı hakim məhkəmədə sizdən dəfələrlə iddia etdiyiniz vəziyyəti əks etdirən sənədləri istəyib.

***

Qeyd edək ki, 2016-cı ilin avqust ayına qədər universitetdə rektorluğun zəif olmasından sui-istifadə edərək yuxarıda qeyd etdiyimiz kimi müxtəlif təşkilatlarda, əsasən də elmi tədqiqat müəssisələrində çalışan bir sıra şəxslər öz aşağı məvacibləri ilə qane olmayaraq saathesabı dərs demək üçün Qərbi Kaspi Universitetində işə düzələrək uzun illər çalışmışlar. Əsasən bu praktika özünü doğrultmadı. Son bir neçə ildə universitetdə bütün istiqamətlərdə, o cümlədən kadrlarla işdə əsaslı islahatlar aparılır, bu da açıq-aydın öz bəhrəsini verir. Aydın görünür ki, universitetin nüfuzu artmış, beynəlxalq əlaqələri genişlənmiş, qəbul olan tələbələrin sayı dəfələrlə, orta balı isə xeyli yüksəlmişdir. Bu prosesdə ilkin mərhələdə universitet hətta bəzi müəllimlərə əsas iş yerində cüzi maaş aldığı halda universitetdə 3-4 dəfə yüksək maaşla saaathesabı dərs dediyini nəzərə alaraq əmək kitabçası ilə tam ştata keçməyi təklif edirdi. Həmin müəllimlərə hətta əsas iş yerindəki maaşı da universitetdəki maaşa əlavə olaraq alacağı bildirilmişdi. 

Elmi-tədqiqat müəssisələrindən saathesabı gələn müəllimlərin böyük əksəriyyəti bu təklifi qəbul etmədilər və qeyri-rəsmi etirafları da ondan ibarət oldu ki, əsas iş yerlərində elmi dərəcə almaq istəyən şəxslər üçün ildə 2-3 dissertasiya yazmağa şərait var. Və universitetin sərt qaydalarını bilərək, belə bir imkanın burada olmayacağına əmindirlər. Buna görə də həmin iş yerlərini “təbii olaraq” buraxmaq istəmirlər. Nə yaxşı ki, həmin vaxt universitetin təklifi belə sonuclandı! Çünki indi bizə qarşı çirkli şantajla məşğul olan şəxslərə bənzər kimlərsə bizim sıralarımızda ola bilərdi. Əslində, bu şikayətçiləri anlamaq olar. Dərsə hazırlaşmadan, keyfiyyətə fikir vermədən əsas məvacibdən 3-4 dəfə çox gəlirdən məhrum olublar. Və bu, onlarda haqsız qəzəb və qisas hissi oyadır. Lakin cəmiyyət bunu qəbul etməlidirmi, bu normalarla yaşamalıyıqmı?! Olmazın çirkablarını onun-bunun üstünə atmağı normal saymalıyıqmı?

İctimaiyyətin nəzərinə çatdırmaq istəyirik ki, barəmizdə şər və böhtan xarakterli məlumatlar yayan “müəllimlər” - Bağırov Şahin Xanoğlan oğlu və Həşimov Davud Soltan oğlu Universitetimizlə əməkdaşlıq etdikləri dövrdə auditoriyaya içkili vəziyyətdə gəldikləri, tələbələrlə qeyri-rəsmi əlaqə quraraq onlardan rüşvət almaq, özləri üçün Universitetimizdə korrupsiya mənbəyi qurmaq istiqamətində uğursuz

cəhdlər göstərdiyinə görə uzaqlaşdırılmışlar və arzuladıqları əməkdaşlıqların davam etdirilməsi sadalanan hallara görə əlbəttə ki, dünən də, bu gün də mümkünsüz görünüb.

***

İşlədikləri müəssisələrdə pulla dissertasiya işləri yazaraq elmə “töhvə” verən bu adamların fəaliyyəti müvafiq qurumlar tərəfindən araşdırılmalıdır.

Məhkəmənin iddialarını təmin etmədiyini, ifşa olunduqlarını görüb saytlara üz tutan “müəllimlər”ə reket jurnalistlər də öz xislətlərinə uyğun dəstək verirlər.

“Jurnalist” heç bir mənbəyə istinad etmədən daha bir qeyri-peşəkarlıqla yazının sonuna əlavə edir: “Qərbi Kaspi Universitetinin fəaliyyət üçün lisenziyasının vaxtı bitib. Kluarlarda bu universitetin fəaliyyətinə xitam veriləcəyi barədə məlumatlar dolaşır”.

Universitet 2017-ci ilin mayında növbəti dəfə, müddətsiz olaraq lisenziya alıb. Əgər bu faktı dəqiqləşdirmək çətin idisə (hansı ki sadə bir informasiya sorğusu ilə bu suala da cavab almaq olardı), Təhsil Nazirliyinin saytına daxil olaraq ölkədə fəaliyyət göstərən, qeydə alınmış ali təhsil müəssisələrinin siyahısına baxması kifayət edərdi. Özü də ciddi axtarış tələb olunmayacaqdı, çünki Qərbi Kaspi Universitetinin adı birinci yazılıb..

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi