"Kiyev məğlub olmaq təhlükəsi ilə üz-üzə qalıb" - "İtkiləri 400 min nəfərdir"
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı fonunda Kiyev müharibədə məğlub olmaq təhlükəsi ilə üz-üzə qalıb.
Bu barədə ABŞ-nin “The Washington Post” nəşri məlumat yayıb.
Nəşr yazır ki, Ukrayna yaxın bir neçə həftə ərzində suveren dövlət kimi mövcudluğunu davam etdirə bilib- bilməyəcəyini müəyyən edəcək.
Məqalədə qeyd edilir ki, Rusiya artıq Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir və hər gün daha da qərbə doğru irəliləyir. Xüsusən də Pokrovsk və Kuraxovo ərazilərində vəziyyətin kritik olduğu deyilir.
“Avqust ayında Kursk bölgəsinə hücum edən Ukrayna əsgərləri ələ keçirdikləri ərazilərin təxminən 40 faizini itiriblər və indi mühasirəyə düşmək riski ilə üzləşiblər. Minlərlə Ukrayna əsgəri də cəbhədən qaçıb. Ukrayna döyüşməyə davam edə biləcəyi səviyyədən qat-qat yuxarı əsgər itirir. Ölü və yaralılarla birlikdə Kiyevin itkiləri 400 min nəfərdir”, - deyə ABŞ nəşri yazır.
Nəşrə görə, Ukrayna çətin ki, bu dağıdıcı müharibədən bir il də sağ çıxa bilsin./Azpolitika.info
Bu xəbər üçün şərh yazın