“Koçaryan erməniləri güllələyəndə kotalikos heç nə etmədi...” - Simonyan erməni kilsəsini sərt ittiham etdi
Məlum olduğu kimi, son zamanlar Ermənistandakı rusiyapərəst və revanşist qüvvələr Paşinyan hakimiyyətini devirmək üçün erməni kilsəsinin “xidmətindən” istifadə etməyə çalışır.
Lakin Robert Koçaryanın idarə etdiyi keşiş Baqrat Qalstanyanın başlatdığı aksiyalar heç bir ciddi nəticə vermir.
AzPolitika.info xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan parlamentdəki çıxışında bu mövzuya toxunub və erməni kilsəsi rəhbərliyini siyasətə qarışdığı üçün ittiham edib:"Bu, absurddur, mənim üçün kilsə və ya ruhanilərin siyasətlə məşğul olması olduqca qəbuledilməzdir. Müqəddəs Kitabda da deyilir: "Atamın Evini ticarət evinə çevirməyin". Siyasət ticarətdir. Başqa sözlə, sizcə, biz beynəlxalq tərəfdaşlarımızla danışıqlar apararkən siyasi sövdələşməyə getmirik?
Kilsə öz işini kənara qoyaraq ticarətlə məşğul olur. Kilsənin liturgiyanı siyasi mitinqlərə çevirməsi mənim üçün qəbuledilməzdir, onlar liturgiya pərdəsi altında mitinq təşkil edirlər”.
Simonyan kilsənin əvvəlki hakimiyyətin qulluğunda durduğunu və xalqa, dinə deyil, o vaxt hakimiyyətdə olanlara qulluq etdiyini xatırladıb: “Martın 1-də(2008-ci il hadisələri-red.) Robert Koçaryan insanları güllələdi, insanlar katolikosun yanına getdilər, amma o, heç nə etmədi, çıxmadı”.
Bu xəbər üçün şərh yazın