Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemində işin təkmilləşdirilməsi məqsədilə Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olunub

Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemində işin təkmilləşdirilməsi məqsədilə Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olunub - FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki kütləvi kitabxanalarda tətbiq edilən Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə işin təkmilləşdirilməsi məqsədilə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin Tekniki Xidmətlər şöbəsinin müdiri Hülya Dirican, şöbənin əməkdaşları Fərhad Öztürk və İsmail Karaca Milli Kitabxanaya dəvət olunub.

Faktinfo.az xəbər verir ki,18 dekabr tarixində açılış mərasimini Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq qonaqları və təlim iştirakçılarını salamlayıb, bildirib ki, Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin region kitabxanalarında tətbiqi artıq iki ildir ki, həyata keçirilir və üstün cəhətləri ilə kitabxanalara əlaqəli şəkildə işləmək imkanı yaradır. O, qeyd edib ki, Türkiyədən dəvət edilən mütəxəssislərlə təcrübi xarakter daşıyacaq təlimdə məqsəd qarşıya çıxan problemlərin birgə həllidir. Natiq təlimdə iştirak edən əməkdaşları mütəxəssislərin təcrübələrindən yararlanmağa dəvət edib.

Mərasimdə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin sektor müdiri Xəyal Məmmədov və şöbənin əməkdaşı Kamran Musayev də iştirak ediblər. Xəyal Məmmədov sistemin dünyanın 100-dən artıq ölkəsində tətbiq edildiyini, açıq mənbəli, inteqrasiya edilmiş kitabxana sistemi olan Koha-nın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki kütləvi kitabxanalarda tətbiqi və sistemdə iş proseslərinin inkişafı  istiqamətində görülən işlərdən danışıb.

Azərbaycan Milli Kitabxanasının Treninq Mərkəzində keçirilən təlimdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov, Xətai, Səbail, Yasamal, Qaradağ, Binəqədi, Xəzər, Nəsimi, Suraxanı, Nizami, Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanasından əməkdaşlar iştirak edib.

 Qeyd edək ki, təlimlər 19 dekabr tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Gəncə şəhər, Naftalan, Daşkəsən, Goranboy, Göygöl, Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları üçün Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında, 20 dekabr tarixində isə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları üçün Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında keçiriləcək.

21 dekabr tarixində isə mütəxəssislər Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və F.Köçərli adına Respublika Uşaq Kitabxanasında sistemin iş vəziyyəti ilə tanış olacaq, tövsiyələrini verəcəklər.

Faktinfo.az

 




Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemində işin təkmilləşdirilməsi məqsədilə Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olunubKoha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemində işin təkmilləşdirilməsi məqsədilə Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olunubKoha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemində işin təkmilləşdirilməsi məqsədilə Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olunubKoha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemində işin təkmilləşdirilməsi məqsədilə Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olunubKoha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemində işin təkmilləşdirilməsi məqsədilə Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olunubKoha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemində işin təkmilləşdirilməsi məqsədilə Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olunubKoha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemində işin təkmilləşdirilməsi məqsədilə Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olunub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi