Kolbasa məhsullarına əlavə olunan zərərli maddələr-

Kolbasa məhsullarına əlavə olunan zərərli maddələr- Fosfat,nitrat...

Ümumdünya Səhiyyə Təşkilatı (WHO) kolbasa məhsullarının insan orqanizminə ən azı siqaret qədər zərər vurması və onkoloji xəstəliklər yaratması barədə dəfələrlə ciddi xəbərdarlıq edib.

Belə ki, mütəxəssislər qida sənayesində işlənmiş ət məhsullarının xərçəng yaratma riskini araşdırıb, həftəyə iki və daha artıq sosiska yeyən qadınların süd vəzi xərçənginə tutulma riskinin dəfələrlə artmasını sübut ediblər.

O da məlumdur ki, hazırda kolbasa və sosislərin hazırlanmasında tam ət məhsulundan istifadə olunmur. Belə məhsulların əsas hissəsini soya (paxlalı bitki), heyvan dərisi, sümükləri və digər tullantı hissələri, sellüloz təşkil edir. Bu kütləyə onu "ətə” bənzətmək üçün külli miqdarda kimyəvi maddələr də əlavə olunur. Kolbasa məhsullarına əlavə olunan nitratlar (natrium nitriti) məhsula xoşagəlimli xarici görünüş verməklə yanaşı, onun saxlanma müddətini artırır.

Kolbasa-sosiska məhsullarına əlavə olunan digər zərərli maddə isə fosfatlardır ki, orqanizmdə kalsium və fosforun balansını pozur və nəticədə insanda osteoporoz (sümüklərin kövrək olması) inkişaf edir. Son illər də isə kolbasa və sosisləri hazırlamaq üçün heyvan tullantılarından və soyadan hazırlanmış protein tozundan istifadə geniş yayılıb.

Bu baxımdan tez-tez kolbasa məhsulları qəbul edən insanın orqanizmində xərçəng hüceyrələrinin əmələ gəlməsi prosesi sürətlənir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (WHO) da dəfələrlə xəbərdarlıqla çıxış edib. Buna baxmayaraq bir çox ölkələrdə insan sağlamlığı üçün çox ziyanlı olan kolbasa və sosis məhsulları kütləvi şəkildə istehsal olunur və Azərbaycan da bu ölkələr arasında yer alır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər