
Kollecdən şikayətlər günü-gündən artır - VİDEO
Tovuz Dövlət Sosial- İqtisadi Kollecindən şikayətlər artmaqda davam edir.İşdən çıxarılmış bir neçə müəllim müxtəlif dövlət orqanlarına,Elm və Təhsil Nazirliyinə,ölkədə fəaliyyət göstərən saytlara şikayət göndərməkdədirlər.
Hətta müəllimlərdən bir neçəsi işdən qanunsuz çıxarılmaları iddiası ilə məhkəməyə də müraciət ediblər.
Faktinfo.az xəbər verir ki,bütün bunlara rəğmən Tovuz Dövlət Sosial- İqtisadi Kollecində vəziyyətin münaqişəli həddə gəlib çatdığı,müəllimlər arasında ziddiyətli vəziyyətin hökm sürdüyü anlar sosial şəbəkələrdə yayılmaqdadır.
Nümunə üçün geniş oxucu kütləsi tərəfindən oxunmuş,aşağıdakı səs yazısını təqdim edirik.Əmin olmaq istəyirik ki,müsbət təqdir olunmayan bu arzuolunmaz vəziyyətlə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin vəzifəli şəxsləri nəticə çıxardacaq.
Onu da qeyd edək ki,məlum yayılmış videoda ingilis dili fənnini tədris edən müəllimdən imtahan suallarını tələbələrə verməsi tələb olunur,müəllim isə buna etiraz edərək imtahan suallarını və cavablarını tələbələrə verməyəcəyini bildirir.
Daha ətraflı videoda:
Bu xəbər üçün şərh yazın