Komitə sədri ciddi təhlükədən danışdı: "Səbəbi işsizlik və sosial problemlərdir..."
"Boşananların sayı ailə institunun tənəzzülü deməkdir. Evlənənlərin sayının az olması işsizlik və sosial problemlərlə əlaqəlidir".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa deyib.
Komitə sədri bildirib ki, sadalanan səbəblərə görə bu gün insanların evlənmə yaş həddi artır, yəni, 30-35 yaşda evlənirlər.
Fazil Mustafa eyni zamanda ötən il ölkədə abortların sayının artmasını ciddi təhlükə olduğuna diqqət çəkib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın