Könül Nurullayeva AVMVİB-in fəxri fərmanı ilə təltif olundu - FOTOLAR
Millət vəkili Könül Nurullayeva Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri ilə görüşüb.
Faktinfo.az xəbər verir ki,AVMVİB-nin sədri Füzuli Rzaquliyev, AVMVİB-nin Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşiyev və AVMVİB-nin təşkilati məsələlər üzrə sədr müavini Vahid Adurəhmanovun iştirak etdiyi görüşdə Vətən müharibəsi iştirakçıları, şəhid və qazilərimizin şücaəti, onların ailələrinə göstərməli olduğumuz diqqət və qayğıdan söz açılıb. Eyni zamanda hazırda qazilərimizin əllillik statusu ilə bağlı yaşadıqları problem və ya hiss etdikləri narahatlıqlar ətrafında geniş fikir mübadiləsi aaprılıb. Millət vəkili qeyd edib ki, şəhid və qazilərimizin ailələrinə qayğı ilə yanaşmaq, onları daim diqqətdə saxlamaq həm mənəvi, həm də vəzifə borcumuzdur. “Azərbaycan dövləti və xalqı 30 ildən sonra qazandığı bu şərəfli qələbəni canını vətən uğrunda qurban verməkdən çəkinməyən igid oğullarına borcludur.
Məhz belə vətən övladlarımızın sayəsində sonunda torpaqlarımıza qovuşduq, Qarabağı azad etdik” deyən K.Nurullayeva şəhid ailələri və qazilərin üzləşdiyi problemlərin həllinin vacibliyini qeyd edib. Söhbət zamanı bildirilib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər zaman şəhid və qazilərimizi uca tutub. Onların ailələrinə ən yüksək səviyyədə dövlət qayğısı göstərilir. Lakin son vaxtlar bəzi qurumlarda müavinat və pensiyaların verilməsilə bağlı ləngimə və nöqsanlar müşahidə olunmaqdadır. Bu da haqlı olaraq narazılıq yaradır: “Şəhid ailələri və qazilərin problemlərinin həlli üçün hər kəs öz məsuliyyətini dərk etməlidir”.
Veteranlara qayğı ilə bağlı beynəlxalq təcrübəyə nəzər salan çıxışçılar müharibə əlilləri haqqında qanun layihəsinin də effektiv olduğunu diqqətə çatdırıblar. Əksər ölkələrdə müharibə iştirakçıları üçün nəzərdə tutulan və əlillik təzminatı, xüsusi pensiya əlavələri, sığorta və dəfn xərclərini əhatə edən güzəşt paketlərindən danışılıb. K.Nurullayeva aidiyyatı qurumların dövlətin sosial siyasətinə uyğun davranmasının vacibliyini qeyd edib, mövcud nöqsanların qısa zamanda aradan qaldırılacağına ümidvar olduğunu bildirib.
Sonda millət vəkili AVMVİB-in fəxri fərmanı ilə təltif olunub.
Bu xəbər üçün şərh yazın