Könül Nurullayeva bir qrup vətəndaşın problemləri ilə bağlı qəbul keçirdib

Könül Nurullayeva bir qrup vətəndaşın problemləri ilə bağlı qəbul keçirdib - FOTOLAR

Millət vəkili Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib.

Deputat qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı şikayətlər ətrafında  geniş fikir mübadiləsi aparıb.

Görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında aztəminatlı ailənin üzləşdiyi məişət problemləri, təhsil haqqının ödənilməsi, işlə təmin olunma, xəstəlikdən əziyyət çəkən vətəndaşın müalicəsi və s. məsələlər başlıca yer almışdır. 

Millət vəkilinin qərargahından Faktinfo.az saytına verilən məlumatda o da bildirilir ki, seçicilərin qəbul ərzində deputat Könül Nurullayevaya çatdırdıqları bütün müraciətlər səlahiyyət daxilində qeydiyyata götürülmüş və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

Faktinfo.az


Könül Nurullayeva bir qrup vətəndaşın problemləri ilə bağlı qəbul keçirdibKönül Nurullayeva bir qrup vətəndaşın problemləri ilə bağlı qəbul keçirdibKönül Nurullayeva bir qrup vətəndaşın problemləri ilə bağlı qəbul keçirdib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi