Könül Nurullayeva Nizami rayon sakinləri ilə görüşüb - FOTO+VİDEO
24 saylı Nizami birinci seçki dairəsi üzrə VII çağırış Milli Məclisə deputatlığa namizəd Könül Nurullayeva seçiciləri ilə bir sıra görüşlər keçirib. Rizvan Teymurov küçəsi, ev 57 və Nəsimi küçəsi, ev 33, mənzil 36 ünvanlarında yaşayan sakinlərə evlərində baş çəkən K.Nurullayeva, onlarla səmimi söhbət edib,səsləndirdikləri müraciətləri qeydiyyata götürüb.
Daha sonra Elşən Süleymanov küçəsi 135 və 137A ünvanlarında olan Könül Nurullayeva, əvvəlcə, Vətən müharibəsi şəhidi Alı Həsənlinin yaşadığı binanın həyətində onun xatirəsinə qoyulmuş abidəni ziyarət edib. Şəhidin müqəddəs ruhu ehtiramla yad edilib. Sonra seçiciləri ilə söhbətləşən Könül Nurullayeva onların qaldırdığı məsələləri dinləyib.
Faktinfo.az xəbər verir ki,deputatlığa namizəd K.Nurullayeva, həmçinin Qara Qarayev prospekti 6, Məshəti Gəncəvi küçəsi 6, Məmmədəli Şərifli küçəsi 1A, 94, Kamil Balakişiyev küçəsi 15, 17 və Əli Vəliyev küçəsi 9A və Şirin Mirzəyev küçəsi 72 ünvanlarına baş çəkib.
Görüşdə vətəndaşların dilə gətirdiyi təklif və problemlər qeydiyyata götürülüb. "Qaldırdığınız məsələlərin həlli mənim üçün çox vacibdir. Seçiləcəyim təqdirdə bu istiqamətdə var gücümlə çalışacağam!", - deyə Könül Nurullayeva sonda bildirib.
Bu xəbər üçün şərh yazın