Kravçuk: Ukrayna Türkiyədən ölümcül silah alır
Ukrayna ABŞ və digər NATO ölkələri ilə hərbi əməkdaşlığı inkişaf etdirəcək. Kiyev ölümcül silah tədarükünə arxalana bilər.
Bunu Ukraynanın sabiq prezidenti, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk deyib.
“Blinken təsdiqlədi ki, hərbi-texniki əməkdaşlıq təkcə ABŞ-la inkişaf etməyəcək. Zelenskinin bu yaxınlarda Böyük Britaniya və Türkiyəyə səfərləri zamanı hərbi-texniki əməkdaşlıqla bağlı müqavilə imzalandı. Bizə ölümcül silahların satılmasına qadağa qoyulan vaxtlar keçdi. İndi isə biz bilirik ki, söhbət istənilən silahdan gedir: Uçan aparatlar, tank əleyhinə raketlər... Bütün bunlar alınıb-satılacaq”, - deyə Kravçuk bildirib./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın