KTMT spikerləri Almatıya toplanır - Simonyan imtina etdi
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov ilə KTMT Parlament Assambleyası Şurasının sessiyasına hazırlıq məsələlərini müzakirə edib.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd edək ki, KTMT PA Şurasının sessiyası iyunun 3-də Almatıda baş tutacaq. Sessiyanın gündəliyinə qanunvericiliyin uyğunlaşdırılması və digər məsələlər daxildir. KTMT-yə üzv ölkələrin parlament sədrləri və nümayəndə heyətləri iştirak edəcəklər.
Ermənistan parlamentinin spikeri Alen Simonyan isə iyunun 3-6-da Sloveniyanın paytaxtında rəsmi səfərdə olacaq.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın