Kürdəmir Rayon Polis Şöbəsi orta məktəbdə maarifləndirmə tədbiri keçirib
Kürdəmir Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun R.Quliyev adına 5 saylı tam orta məktəbində “Narkomaniya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Faktinfo.az xəbər verir ki,görüşdə çıxış edən RPŞ-nin əməkdaşları respublikamızda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə və əldə olunan nəticələri barədə məlumat veriblər. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni effektiv şəkildə təmin etmək məqsədilə bu cür maarifləndirmə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirən polislər, gənc nəslin sağlam böyüməsinin, valideynlərinin etimadını doğrultmasının və Vətənə layiqli övlad kimi yetişməsinin önəmindən danışıblar.
Həmçinin, daxili işlər orqanlarında xidmət etmək həvəsində olan şagirdlərə Polis Akademiyasının tarixi və bu təhsil müəssisəsinə kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar verilib.
Görüşün sonunda şöbə əməkdaşları tərəfindən şagirdlərə RPŞ-nin müxtəlif xidmətlərinə təhkim olunmuş xidməti avtomobillər, xüsusi texniki vasitələr və avadanlıqlar nümayiş etdirilib, xidməti ərazidə ictimai təhlükəsizliyin və ictimai-asayişin təmin olunması barədə görülən işlərdən danışılıb.
Bu xəbər üçün şərh yazın