“Kursk böyük əməliyyatın bir hissəsidir” - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski Kurskla bağlı yeni açıqlama verib.
O, bu barədə Hindistan mətbuatına müsahibəsində danışıb.
“Kursk əməliyyatı böyük hərbi-siyasi, hərbi-diplomatik əməliyyatın bir hissəsidir”, - Ukrayna lideri bildirib.
Bundan əlavə, prezident qeyd edib ki, Ukrayna rəhbərliyinin bütün addımları Rusiyanı ədalətli dünyaya hazır olmağa məcbur etmək məqsədi daşıyır.
Qeyd edək ki, Kiyev avqustun 6-da səhər saatlarında Kursk vilayətinə hücum edib. Döyüşlər hələ də davam edir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın