Kurskda şiddətli döyüşlər – Ruslar 12 kəndi Ukrayna ordusundan geri alıb

Kurskda şiddətli döyüşlər – Ruslar 12 kəndi Ukrayna ordusundan geri alıb 

Rusiya qoşunlarının Kursk vilayətində 100 kvadrat kilometrdən çox ərazini və 12 yaşayış məntəqəsini geri alıb.

Azpolitika.info xəbər verir ki, bu barədə “Reuters” agnetliyinin yaydığı xəbərdə bildirilir.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski dünən bəyan edib ki, Kurskda döyüşən Ukrayna əsgərlərinin Şimali Koreya qoşunlarının da daxil olduğu Rusiya qüvvələrinin əks-hücumuna baxmayaraq, mühasirəyə düşmək təhlükəsi yoxdur.

General Sirski Ukrayna qüvvələrinin geri çəkildiyini vurğulayarkən vəziyyətin nəzarət altında olduğunu qeyd edib.

Avqust ayında minlərlə Ukrayna əsgəri Rusiyanın qərbindəki Kursk vilayətində təxminən 1300 kvadrat kilometr ərazini ələ keçirib.

Kiyev daha sonra bəyan edib ki, Rusiya qoşunlarının Ukraynanın şərqində cəbhə xəttindən çıxarılması məsələsinin müzakirəyə çıxarılacağı zaman bunu gələcək danışıqlar üçün sövdələşmə vasitəsi kimi nəzərdən keçirir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi