“Kursk”un əks-sədası: Rusiyanın bütün iri şirkətlərinin səhmləri çökdü

“Kursk”un əks-sədası: Rusiyanın bütün iri şirkətlərinin səhmləri çökdü 

Avqustun 19-da Moskva Birjası indeksi 2023-cü ilin iyulundan bəri ən aşağı səviyyəyə düşüb.

Moskva Birjasının indeksi 2798,72 bənd (-1,04%), RTS indeksi 991,67 bənd (-1,04%) təşkil edib; Moskva birjasında əksər mavi çiplərin qiymətləri 2,9% daxilində mənfi dinamika göstərir.


Rusiyanın demək olar ki, bütün iri şirkətlərinin - Ozon, AFK Sistema, Sberbank, Severstal, Lukoil, NLMK, Tatneft, Alrosa, VTB, Rusal, Surgutneftegaz, MMK, Magnit, Qazprom Neft, Rosneft, MTS, Aeroflot, Qazprom, Novatek, Norilsk Nikeli-nin qiymətli kağızları ucuzlaşıb.


Analitiklərin fikrincə, avqustun 19-da Rusiya səhmlərinin kotirovkaları həm qlobal kapital bazarlarında vəziyyətin pisləşməsi, o cümlədən neftin dünya qiymətlərinin düşməsi, həm də bir sıra daxili neqativ amillərin - monetar məzənnənin daha da sərtləşdirilməsi qorxularının və Rusiya Bankının inflyasiya ilə mübarizə siyasəti, eləcə də Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində əməliyyatı ilə əlaqədar artan geosiyasi risklərin təzyiqi altında enir./Qaynarinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi