"Laçın Şəhəri Günü” ilahi ədalətin təntənəsidir"

"Laçın Şəhəri Günü” ilahi ədalətin təntənəsidir" -Əziz Ələkbərli

"Müdrik dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev amili 44 günlük müharibənin son günlərində və ondan sonrakı dövrdə bütün bu qanlı-qadalı hadisələrin önünə keçdi və Azərbaycan heç bir itki vermədən qanunsuz erməni silahlılarını Kəlbəcər və Laçından çıxarmağa müyəssər oldu.

2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü və bununla da Laçın rayonu bütünlüklə işğaldan azad olundu. Bununla da BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi başa çatdırıldı və erməni işğalına birdəfəlik son qoyuldu. Bundan sonra Qarabağın və Şərqi Zəngəzurun həyatında yeni dönəm – yeni həyata qayıdış və bərpa dövrü başlandı.

Qeyd edək ki, böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

 Bu qədər itkinin bərpası illərlə vaxt tələb edir. Lakin Azərbaycan xalqı öz müdrik rəhbərinin, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə mübarizə əzmini davam etdirir, dogma torpaqlarımızda yenidən həyat canlanır."

Bu sözləri mətbuata  verdiyi  müsahibəsində VI çağırış Milli Məclisin deputatı,Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli deyib.

 Müsahibimiz qeyd etmişdir ki, 26 avqust tarixi də bizim üçün gözəl bir gündür. 2022-ci il avqustun 26-da Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak edən cənab Prezident İlham Əliyev bütün laçınlıları bu gözəl gün münasibətilə təbrik edərək demişdir: “Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb.”

Əziz Ələkbərli bildirib ki, “Laçın Şəhəri Günü” ilahi ədalətin təntənəsidir. Bu günü Azərbaycan xalqına yaşadan isə onun Müzəffər Ali Baş Komandanı, yenilməz Lideri cənab İham Əliyevdir, Azərbaycanın  şanlı ordusudur. Bu özəl günün ən yaxşı sözlərini də cənab Prezident deyib: “Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə.”

Laçın öz füsunkar gözəılliklərini yenidən bərpa edir. Kəlbəcər-Laçın yolu tikilir, tunellər qazılır, Laçın şəhəri artıq öz sakinlərini qoynuna alıb. 26 avqust Laçının, eləcə də Şərqi Zəngəzurun bayram günü kimi tarixləşib, yaddaşlara köçüb. Unudulmaz anlar yaşayan Laçın və laçınlıların bu gözəl günündə onlara dogma el-obada daim var olmalarını, el şənliklərini qeyd eləməyi arzu edirik.”

Müsahibimiz sonda əlavə edib ki, “bu günü bizlərə qansız-qadasız bəxş edən, öz müdrik siyasəti ilə işğala son qoyan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sevincini, fəxrini, qürurunu bölüşərək tarixi anlara şahid olmağımız da bir tarixdir, bir həyat məktəbidir. O məktəb ki, əsasını Ulu öndər Heydər Əliyev qoyub, cənab İlham Əliyev davam etdirir, Azərbaycan xalqı isə qürurla və fəxrlə gələcəyə nikbin baxır. “Laçın Şəhəri Günü”müz mübarək olsun!”

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi