“Lənətə gəlmiş müharibəyə son qoyun!” - Kursk sakinləri Putinə müraciət etdilər + VİDEO
Rusiyanın Kursk vilayətinin Olqovka kəndinin sakinləri Rusiya Prezidenti Vladimir Putinə videomüraciət ünvanlayıblar.
Azpolitika.info xəbər verir ki, mediada dərc edilən müraciətdə hazırda hərbi əməliyyatların davam etydiyi zonada yerləşən kəndin sakinləri Putini “bu lənətə gəlmiş müharibəni dayandırmağa” çağırıblar.
Videomüraciətin lentə alınmasında 40-dan çox insan iştirak edib. Kənd sakinləri evakuasiyadan sonra qarşılaşdıqları ciddi problemlərdən danışıblar və qeyd ediblər ki, onlara heç kim sahib durmaq istəmir. Onların sözlərinə görə, indi kənd qorxu filmini xatırladır və çoxları ora qayıtmağa qorxur. Səlahiyyətli rəsmilər isə kəndi bərpa etmək üçün azı beş il lazım olduğunu bildiriblər: “Üç aydır ki, cəhənnəmdəyik, hara müraciət edək, nicatı haradan tapaq? Çoxlu günahsız insanların həyatına son qoyan bu lənətə gəlmiş müharibəni dayandırmağınızı xahiş edirik. Biz istəyirik ki, uşaqlarımız dinc səma görsünlər və raket xəbərdarlığı siqnalını eşitməsinlər. Bu vəziyyəti anlayın və sərhəd sakinlərini eşidin”.
Videeo linkdə: https://video.antikor.com.ua/vd/735172.mp4
Bu xəbər üçün şərh yazın