
"Lionel Messi onun kumiri və futbol tarixinin ən böyük oyunçusudur" - Lamin Yamal
İspaniya millisinin ulduzu Lamin Yamal DÇ-2026 finalından sonra Lionel Messi ilə aralarında keçən söhbətin təfərrüatını açıqlayıb.
Yamal argentinalı futbolçuya yaxınlaşaraq "məni bağışla" deyib.
Messi isə cavabında "Səni təbrik edirəm, sən buna daha çox layiq idin" sözlərini işlədib.
Gənc futbolçu daha sonra Messini qucaqladığını və təsəlli verməyə çalışdığını bildirib. Yamal qeyd edib ki, Lionel Messi onun kumiri və futbol tarixinin ən böyük oyunçusudur.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın