Lirənin ucuzlaşmasının Azərbaycan bazarına təsirləri - AÇIQLAMA

Lirənin ucuzlaşmasının Azərbaycan bazarına təsirləri - AÇIQLAMA 

"Azərbaycan vətəndaşlarının Türkiyə ilə elektron alış-verişinin artması yerli sahibkarlarımız üçün ürəkaçan hal deyil".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında iqtisadçı Vüsalə Əhmədova deyib.

Onun sözlərinə görə, Türkiyədə 2 ilə yaxın müddət ərzində yumşaq pul-kredit siyasəti tətbiq edilib. Qarışıq pul siyasəti ölkənin valyuta və qızıl ehtiyatlarının azalmasına səbəb olub. Bu isə təbii olaraq lirənin ucuzlaşmasına gətirib çıxarıb:

“Ötən ildən başladılan davamlı faiz artımı lirənin dəyərində hər hansı bir nəzərə çarpacaq təsirə səbəb olmadı, əksinə inflyasiya üzərində təzyiq yaratdı. Hazırda əsas məqsəd Avropa ixrac bazarlarında və turizmdə sağlam böyüməni təmin etməklə, perspektivli investisiya edilə bilən ölkəyə çevrilməkdir. Qarşıdan turizm mövsümü gəlir. Turizm mövsümünün qısa müddətdə ehtiyatları yenidən gücləndirəcəyi gözlənilir”.

Lirə hansı səviyyəyə qədər ucuzlaşa bilər?

V.Əhmədova hesab edir ki, lirənin dollar qarşısında yaxın zamanda güclənəcəyini söyləmək çətindir. Onun sözlərinə görə, xarici investorların ölkəyə marağını artırmaq üçün uçot dərəcəsinin təkrar bir miqdar endiriləcəyi ehtimal olunur. Bu səbəbdən ilin sonunda 1 dollar 33 lirə ola bilər.

İqtisadçı deyir ki, lirənin ucuzlaşması yalnız Azərbaycandan deyil, bütün yaxın və uzaq ölkələrdən Türkiyəyə axını artırıb. Nəticədə 2022 və 2023-cü illər üzrə Tükiyənin ixracatında əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlmə yaşanıb:

"2023-cü ildə Türkiyə 255,8 milyard dollarlıq ixracat ilə yeni rekord müəyyənləşdirdi. Ölkə 2024-cü ildə 267 milyard dollar, 2026-cı ildə isə 302 milyard dollar mal ixrac etməyi hədəfləyir. Bütün bu faktorlar Türkiyə iqtisadiyyatının uzun dönəmdə artımına səbəb olacaq".

İqtisadçı vurğulayıb ki,Türkyiyə valyutasının ucuzlaşması fonunda Azərbaycan vətəndaşlarının bu ölkə ilə elektron alış-verişinin artması yerli sahibkarlarımız üçün ürəkaçan hal deyil.Türkiyə bazarı ilə rəqabət aparmaq çətin olacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi