"Lukoil"də benzinə su qatılır iddiası -VİDEO
Bu gün sosial şəbəkələrdə "Lukoil” yanacaqdoldurma məntəqəsində sürücülərin aldadılması barədə bir neçə video paylaşılıb.
Qaynarinfo.az-ın verdiyi xəbərə görə, belə videolardan birini Haldun Novruzzadə paylaşıb:
"Dünən, yəni 20.12.2024-cü il tarixində saat 21:05-21:30 radələrində bizim "Rent a car" şirkətinə məxsus 99-XN-288 nömrəli "Hyundai Elantra" avtomobili ilə müştəri "Şamaxinka"da yerləşən "Lukoil"dan 20 manatlıq A92 markalı benzin vurub. Maşın 200 metr gedib, sönüb. Gətirmişik ustaya, çındən benzin yerinə su çıxıb. Bu, konkret biabırçılıqdı. Mənə 500 manat ziyan dəyib, "Lukoil" deyir ki,biz bakdan analiz götürməliyik.Bu, son 1 ay ərzində "Lukoil" yanacaqdoldurma məntəqəsində baş verən 4-5-ci hadisədir. "LUKOIL-Azerbaijan"dan tələb edirəm, mənə dəyən ziyanı ödəsin!"
Anoloji olaraq bu sürücülərin də "Lukoil"in YDM-də benzin vurduqları bildirilir.
Qeyd edək ki, əvvəllər də "Lukoil” yanacaqdoldurma məntəqələrində, xüsusən də "Şamaxinka"dakı YDM-də oxşar hadisələrin baş verməsi haqqında şikayətlər səslənmişdi.
Bu xəbər üçün şərh yazın