
Macarıstan Ukraynaya məxsus pul və qızılları geri qaytardı
Macarıstan fevral ayında müsadirə edilmiş "Oşadbank"a məxsus pul və qızılı Ukraynaya geri qaytarıb.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenski Budapeştə konstruktiv və sivil addıma görə təşəkkür edib.
Xatırladaq ki, Macarıstanın Milli Vergi və Gömrük Xidməti çirkli pulların yuyulması şübhəsi ilə yeddi Ukrayna vətəndaşını, o cümlədən xüsusi xidmət orqanlarının sabiq generalını saxlamışdı. Onların Avstriyadan Ukraynaya 40 milyon dollar, 35 milyon avro və 9 kq qızıl daşıdığı bildirilirdi./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın