Maliyyə Nazirliyi bu il ARDNF-in hesabına 360 min dollar gəlir əldə edib
Bu il oktyabrın 1-nə Maliyyə Nazirliyinin Dövlət Neft Fonduna (ARDNF) idarəetməyə verdiyi vəsaitin məbləği 1 285,7 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, ilin əvvəli ilə müqayisədə 450 milyon dollar və yaxud 53,85% çoxdur.
Yanvar-sentyabr ayları ərzində Maliyyə Nazirliyi ARDNF-in hesabına 360 min dollar və yaxud idarəetmədə olan vəsaitinin 0,03%-i qədər gəlir əldə edib./Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın