"Mart soyqırımı azərbaycanlılara qarşı kəskin etnik nifrətin nəticəsi idi"

"Mart soyqırımı azərbaycanlılara qarşı kəskin etnik nifrətin nəticəsi idi" -Könül Nurullayeva

"106 il əvvəl 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları, daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz tarixi torpaqlarından qovublar.

 Bu, erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı törətdiyi etnik təmizləmə, deportasiya və soyqırımlarından biri idi. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Şamaxıda törədilmiş cinayətlərlə əlaqədar tədqiqat işləri hələ də davam olunur. Şamaxıda baş vermiş hadisələr ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi Sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspertlərin rəyinə əsasən, təkcə Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib".

Faktinfo.az xəbər verir ki,bu fikirləri deputat Könül Nurullayeva mətbuata açıqlamasında deyib.


K.Nurullayeva qeyd edib ki,yerli tədqiqatçılar tərəfindən də Şamaxı hadisələri ilə bağlı müvafiq araşdırmalar aparılıb. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində müəyyən edilib ki, erməni cinayətkarları Şamaxıda 25 minə yaxın insanı qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.


Quba qırğınları zamanı isə şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırım nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılıb, 2750-dən çox ev yandırılıb.


Ümumiyyətlə, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilib. Lakin AXC-nin süqutu, baş verən hadisələrin tam şəkildə araşdırılmasını, habelə mart qırğınlarına siyasi-hüquqi qiymətin verilməsi prosesini yarımçıq qoydu.

Yalnız müstəqilliyimizin yenidən bərpasından sonra Ulu Öndər Heydər Əliyevin mart soyqırımı ilə bağlı müvafiq fərmanında da qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul etdi.

Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması istiqamətində fundamental işlər aparılıb. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.


Deputat onu da bildirib ki,ermənilər 106 il əvvəl törətdikləri bu cinayətləri son 30 illikdə də eyni xislətlə davam etdiriblər. Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Bu faktlar erməni faşizminin ifşasında və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında vacib əhəmiyyət kəsb edir. Bu gün eyni zamanda I Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş azərbaycanlıların yeni qalıqları aşkar olunub. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aşkarlanan kütləvi məzarlıqlar Ermənistanın hərbi cinayətlərinin, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin növbəti sübutudur. Təkcə Xocalıda 600-ə yaxın şəxsə məxsus sümük qalıqları var. Xocalı şəhərinin mərkəzində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin nəşinin qalıqları bu gün Xocalı Şəhidlər xiyabanında dəfn edildi. Azad olunmuş ərazilərin hər yerində soyqırım, işğal, ekosid, urbisid izləri görürük. 

Bu, yalnız Azərbaycan üçün yox, bütün bəşəriyyət üçün qlobal təhdiddir,-Milli Məclisin deputatı vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi