Maskdan etirazçılara “jest” - İranda interneti pulsuz etdi

Maskdan etirazçılara “jest” - İranda interneti pulsuz etdi 

Milyarder İlon Maskın “SpaceX” şirkəti, İranda “Starlink” peyk internet xidməti üçün abunə haqlarını ləğv edib.

Bu barədə “Bloomberg”-in yaydığı məlumata görə, İrandakı mənbələr “Starlink”-in xidmətinin ölkədə pulsuz olduğunu təsdiqləyib.

“Starlink” qəbuledicilərinin istifadəsi İranda rəsmi olaraq qadağandır, lakin aktivistlər riskə baxmayaraq, avadanlıqları sərhəddən qaçaqmalçılıq yolu ilə keçirirlər. Hazırda ölkədə 50 mindən çox belə cihazın olduğu təxmin edilir.

İran ordusu “Starlink” siqnalını bloklamaq və istifadəçilərini izləmək üçün fəal şəkildə çalışır. Xüsusilə, dövlət televiziyasının məlumatına görə, hakimiyyət orqanları bu yaxınlarda "casusluq və təxribat üçün istifadə edilən böyük bir elektron avadanlığı", o cümlədən “Starlink” qəbuledicilərini ələ keçirib. Bundan əlavə, fars rejimi “SpaceX” peyklərinin istifadə etdiyi tezlikləri bloklamaq üçün hərbi elektron müharibə avadanlıqlarından istifadə edir.

Qeyd edək ki, son olaraq Ağ Ev İrandakı etirazçıları təslim olmamağa və hökumət binalarını ələ keçirməyə çağırıb. Onlara ABŞ-dən kömək vəd edib. Həmçinin, mənbələr “Axios”-a bildiriblər ki, Ağ Ev İrandakı hədəflərə hava hücumları etməyi nəzərdən keçirir./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi