Mayk Tayson ofisə hücum edib Trampı döydü

Mayk Tayson ofisə hücum edib Trampı döydü 

Amerikalı jurnalist Timozi L.Obrayen maraqlı iddia ilə çıxış edib.

Faktinfo.az Axar.az-a istinadən  xəbər verir ki, o, “TrumpNation” adlı kitabında məşhur boksçu Mayk Taysonun 1988-ci ildə indiki ABŞ Prezidenti Donald Trampı döydüyünü yazıb.

Yazar qeyd edir ki, elə həmin illərdə Tramp Taysonun meneceri idi və boksçunun sərvətini idarə edirdi.

Lakin o dönəmdə Tayson model və aktrisa arvadı Robin Givensin Tramp ilə ona xəyanət etdiyini öyrənir.

Bundan sonra boksçu Trampın ofisinə gəlir və “Arvadımla birlikdəsən?” deyərək gələcək prezidenti döyür.

O dönəm Trampın həmin vaxt Taysona nə cavab verdiyi məlum olmasa da, onlar arasında dostluq münasibətləri bu gün də davam edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi